Rusiyada koronavirusdan ölənlərin sayı 189 mini ötüb

8 Sentyabr 2021 17:12

Rusiyada son sutka ərzində daha 18 024 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 7 065 904 nəfərə çatıb.

Son sutka ərzində 797 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə COVID-19-dan ölənlərin sayı 189 582 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.

Milli.Az