Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu məhv edib

8 Sentyabr 2021 17:24

Türkiyə ordusu Suriyanın şimalında daha 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Fırat Kalkanı" əməliyyatının keçirildiyi ərazilərdə hücuma hazırlaşan 13 PKK/YPG terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.

Milli.Az