Ruslan Qurbanov: Murovdağ döyüşləri zamanı şəhid olan baş çavuş - VİDEO

8 Sentyabr 2021 13:24

Sizə qhərəman şəhidlərimizi tanıtmağa davam edirik. Ruslan Qurbanov Murovdağ istiqamətdə gedən döyüşlərdə  düşmənin  iki postunun alınmasında xüsusi şücaət göstərib. Düşmənə ağır zərbələr endirən Biləsuvarlı qəhrəmanımız Ruslan Qurbanov döyüşdəki şücaətinə görə 2 medalla təltif edilib.

Atasının yolu ilə gedib hərbiçi oldu torpaqlarımızın azad olunmasında da qəhrəmanlıq göstərdi..

Söhbət Biləsuvarın qəhrəman oğlu baş çavuş Ruslan Qurbanovdan gedir. Atası birinci Qarabağ savaşının iştirakçısı Üzeyir Qurbanov deyir ki, oğlu Ruslana hərbiçi olmaq həvəsi ondan keçib. Atasının döyüş xatirələri ilə böyuyən Ruslan ilk gündən hərbiçi olcağına və işqal altında qalan torpaqlarımızı geri alacağına söz veirir.

Ruslan Qurbanov 7 sentyabr 1991-ci ildə Biləsuvarın Ağalıkənd  kəndində dünyaya göz açıb. 2009-cu ildə Həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2013-cü ildə  O, Daxili Qoşunların sırasında Müddətdən Artıq  Hərbi Xidmətə başlayır.Anası İlhamə Bayramova deyir ki, hərbi xidmətdə olanda evə  gec gələrdi, həmişə də sürpriz   edərdi.

Ruslan  Qurbanov  Murovdağ istiqamətdə gedən döyüşlərdə  düşmənin  iki postunun alınmasında xüsusi şücaət göstərib.Lakin Kəlbəcərin Susuzluq kəndi istiqamətində gedən qızğın döyüşlərdə  Ruslan Qurbanov şəhid olur.Bu gün dogum günündə şəhidin məzarı ziyarət olunub,ruhuna dualar oxunub.Ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına" görə medalları ilə təltif edilib.

Milli.Az