“Qarabağ” - “Bazel” oyunu bu stadionda keçiriləcək

8 Sentyabr 2021 10:06

"Qarabağ" - "Bazel" oyununun yeri dəyişdirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu UEFA açıqlayıb.

Konfrans Liqasının qrup mərhələsinin I turunun matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Öncədən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılan qarşılaşma ölkənin ən böyük idman qurğusunda baş tutacaq. Sentyabrın 16-dakı matç saat 20:45-də başlayacaq.

Qeyd edək ki, buna əsas səbəb Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olmasıdır.

Milli.Az