Rusiyanın Sankt-Peterburq şəhərində Bolşeoxtinski körpüsünə çıxaraq günəşin doğuşunu izləmək istəyən gənclər oradan düşə bilməyib və nəticədə hadisə yerinə xilasedicilər dəvət olunub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəncləri təhlükəsiz şəkildə körpüdən düşürə bilib.
Xilasedicilər körpüyə xüsusi xilasedici kəndirlər vasitəsi ilə çıxıblar.
Milli.Az