Meksikadakı təbii fəlakətdən dəhşətli görüntülər - VİDEO

8 Sentyabr 2021 18:06

Meksikada yağışlar güclü daşqınlara səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Ekatepek de Morelos şəhərindən görüntülər paylaşılıb.

Kadrlarda küçələrin su altında qaldığı, avtomobillərin axınla sürükləndiyi əks olunub. Yerli mediada yayılan məlumatlara görə, azı iki nəfər ölüb.

Milli.Az