“Neftçi”də daha bir istefa

3 May 2010 12:03
47 yaşlı məşqçi bildirib ki, hesabat turunda səfərdə "Qarabağ"a 1:6 hesablı məğlubiyyətdən sonra postundan ayrılıb: "Oyundan sonra qərarımı şifahi olaraq bildirdim. Dedim ki, bu həftə istefa ərizəmi yazıb, məsələni rəsmiləşdirəcəyəm. Əvvəllər də böyük hesabla uduzmuşdum. Ancaq bu dəfə daha böyük fərqli məğlubiyyət olduğundan, getməyə üstünlük verdim. Məncə, özünə hörmət edən məşqçi belə hesablı nəticədən sonra istefa verər".

Xatırladaq ki, bu, cari mövsümdə "Neftçi"nin əvəzedicilərindən ibarət komandasında ikinci baş məşqçi istefasıdır. Nazim Əliyevin əvəzlədiyi Mirbağır İsayev də böyük hesablı məğlubiyyətdən sonra postundan ayrılmışdı.

/APA/