Sentyabrın 3-də Xəzər dənizinin şimal hissəsində saya oturan "VF Tanker-7" teploxodunun hərəkəti bərpa edilib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, teploxod sentyabrın 7-si Bakı vaxtı ilə saat 02:10-da saydan çıxarılıb, daha sonra təyinat limanına doğru hərəkətinə davam edib.
Qeyd edək ki, Həştərxan limanı-Bakı marşrutu üzrə hərəkət edən teploxodun heyəti 12 nəfərdən ibarətdir. Onlardan heç biri xəsarət almayıb.
Milli.Az