Bitkoin kəskin ucuzlaşdı

7 Sentyabr 2021 21:59

Dünyanın ən populyar kriptovalyutası bitkoin kəskin ucuzlaşıb.

Bugünki ticarət sessiyası ərzində rəqəmsal pulun dəyəri 43 351 dollaradək azalıb.

Qeyd edək ki, kriptopul dünənki sessiyanı 51.757 dollar səviyyəsində başa vurub.

Bir sıra ekspertlər enişin korreksiya olduğunu, ilin sonunadək bitkoinin 75 min dollarədək bahalaşacağını proqnozlaşdırırlar.

Milli.Az