Türkiyə şəhid verdi - 4 yaralı var

7 Sentyabr 2021 16:48

Suriyanın şimalında, "Fərat qalxanı" Hərəkatı bölgəsində yerləşən Türkiyə hərbçilərinin bazasına raket zərbələri endirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün baş verib.

Belə ki, PKK/YPG terrorçularının nəzarətindəki Menbic bölgəsindən Əl-Bab şəhərinə raket zərbələri endirilib, Türkiyə Ordusunun bir hərbçisi şəhidi olub, 4 əsgər yaralanıb.

Milli.Az