“Whatsapp”-da yenilik

8 Sentyabr 2021 01:01

Dünyanın aparıcı ismarıc mübadiləsi sistemi - "Whatsapp" yeni funksiyasını təqdim edib.

Milli.Az report-a istinadən bildirir ki, bu funksiya istifadəçilərə sonuncu dəfə onlayn olduqları vaxtı gizlətməyə imkan verəcək.

Bu zaman kimlərdən gizlənməyi istifadəçilər özləri seçəcəklər. Bunun üçün menyuda 4 bölmə - "Everyone" (hər kəs), "My contacts" (mənim kontaktlarım), "My contacts except" (mənim kontaktlarım istisna olmaqla) və "Nobody" (heç kim) əlavə edilib.

Yeni funksiya ilk öncə "iOS" əməliyyat sistemində aktivləşdiriləcək.

Milli.Az