Rusiyada son sutkada daha 17 425 nəfər COVID-19-a yoluxub

7 Sentyabr 2021 18:18

Rusiyada son sutkada daha 17 425 nəfər COVID-19-a yoluxub.

Milli.Az bildirir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 7 047 880 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 795 nəfər artaraq 188 785-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 6 302 250 nəfər sağalıb.

Milli.Az