Aytən Səfərovanın çalışacağı kanal dəqiqləşdi

7 Sentyabr 2021 18:48

Xəbər verdiyimiz kimi, aparıcı Aytən Səfərova ATV kanalından ayrılıb.

Milli.Az xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, Səfərova fəaliyyətini "Xəzər TV"də davam etdirəcək. O, həftə içi beş gün səhər efiri aparacaq.

Qeyd edək ki, A.Səfərova ANS kanalının yayımı dayandırıldıqdan sonra ATV-də fəaliyyətə başlamışdı. O, həm kanalda, həm də 106.3 FM-də çalışırdı.

Milli.Az