Ermənistanda koronavirusdan ölənlərin sayı 4 939 nəfərə çatıb

7 Sentyabr 2021 15:30

Ötən sutka ərzində Ermənistanda 501 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az bildirir ki, bununla ölkədə COVID-19-a yoluxanların sayı 245 765 nəfərə çatıb.

Son sutkada koronavirusdan daha 15 nəfər ölüb. Ermənistanda koronavirusdan ölənlərin sayı 4 939 nəfərə yüksəlib.

Milli.Az