Gürcüstanda son sutkada koronavirusdan 50 nəfər ölüb

7 Sentyabr 2021 13:00

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1965 yoluxma halı qeydə alınıb, 50 nəfər ölüb.

Milli.Az bildirir ki,  bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 567 922, ölənlərin sayı isə 7 917 nəfərə çatıb. Virusa yoluxanlardan 523 669 nəfərin (92%) sağaldığı bildirilir.

Milli.Az