Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

7 Sentyabr 2021 17:06

Türkiyənin Samsun şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

Milli.Az report-a istinadən bildirir ki, əməliyyat 3 fərqli ünvanda gerçəkləşdirilib.

Samsunun Atakum, İlkadım və Canik rayonlarında keçirilən əməliyyat nəticəsində İraq əsilli 2 şəxs saxlanılıb.

Onların yaşadıqları ünvanlardan rəqəmsal materiallar götürülüb.

Daha bir şübhəlinin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Milli.Az