Alman nazirin iclasda ürəyi tutdu

7 Sentyabr 2021 09:12

Almaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmayer bundestaqın profil komitəsinin iclasında özünü qəflətən pis hiss edib.

Milli.Az Bild-ə istinadən bildirir ki, onu təcili yardım maşını ilə Berlindəki "Charite" klinikasına aparıblar.

Altmayer iclas başlamazdan əvvəl özünü yaxşı hiss etmədiyini demişdi.

63 yaşlı nazir iclasda da çətinliklə danışıb.

Xristian-Demokratik İttifaqın üzvü olan Peter Altmayer 2018-ci ildən bəri nazirliyə başçılıq edir.

Milli.Az