Bu yolla ev sahibi olacaqlar - FOTOlar

7 Sentyabr 2021 10:48

Türkiyənin məşhur cütlüyü Fahriye Evcenlə Burak Özçivit Bodrumda inşaatı davam edən evlərini görməyə gedib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktrisa məkandan görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Evcen inşaat firmasının adını qeyd edərək "Həyəcanla tamamlanmasını gözləyirik" şərhini yazıb.

Qeyd edək ki, cütlüyün 15 milyon TL (təxminən 3 milyon 64 min manat) dəyərindəki evi reklam qarşılığında pulsuz tikilir.

Milli.Az