İran İraqa zərbə endirə bilər

7 Sentyabr 2021 09:06

İran Silahlı Qüvvələri ölkənin təhlükəsizliyinə təhdid yaradacaqları təqdirdə İraq Kürdüstanı ərazisindəki terrorçu qruplaşmalara zərbələr endirə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur bəyan edib.

Onun sözlərinə görə, terrorçular İran-İraq sərhədi bölgəsində gərginlik yaratmağa çalışırlar. Belə vəziyyətin davam etməsi isə İran tərəfindən yolverilməzdir.

Milli.Az