Amerikalı aktyor evində ölü tapıldı

7 Sentyabr 2021 08:08

Amerikalı aktyor Maykl Kennet Uilyams 54 yaşında dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, aktyor Bruklindəki (Nyu-Yorkun rayonu) mənzilində ölü tapılıb. Mənzildə, həmçinin narkotik maddələr aşkarlanıb. Uilyamsın yüksək dozada narkotik qəbulundan öldüyü ehtimal olunur.

Milli.Az