Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil.
Qeyd edək ki, sabah Afaq Gəncəlinin ad günüdür.
Milli.Az