Qəddafi yenidən dəfn olunacaq

6 Sentyabr 2021 20:24

Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafi ölümündən 10 il sonra yenidən dəfn olunacaq.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, onun nəşi mənsub olduğu qəbiləyə dəfn edilməsi üçün veriləcək.

Qəddafinin Sirt şəhərində dəfn ediləcəyi gözlənilir.

2011-ci ilin oktyabrında vətəndaş müharibəsinin gedişində Müəmmər Qəddafi müxalif qüvvələr tərəfindən öldürülmüşdü. Onun nəşinin harada saxlanılması barədə məlumat verilmirdi.

Milli.Az