Xankəndidən qaçan ermənilər üsyana hazırlaşır

6 Sentyabr 2021 17:16

Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan yerlərində yaşayan ermənilər indi də sosial ədalətsizlikdən şikayətçidirlər. 44 günlük müharibədən sonra gündəlik həyatın normal məcraya düşdüyü iddia olunsda da, vəziyyət heç də ürək açan deyil. İşğaldan azad edilən Azərbaycan torpaqlarından rədd edilən ermənilərin bir qismi Xankəndində, digər hissəsi Ermənistana gedib. Hazırda da onların evlə təminatı məsələsini həll etməyə çalışılır.

Erməni telegram kanallarının yaydığı məlumatlara görə, Xankəndində evləri salamat qalan və burada qalan sakinlər müvəqqəti yerləşən soydaşları üçün kirayə evlərin qiymətini fantastik dərəcədə qaldırıblar. Ermənistan hökuməti onların qalmaq xərclərini ödəyəcəyini vəd etsə də, bu baş verməyib. İndi Xankəndində bir otaqlı təmirsiz evi 120 min drama  (413 manat) təklif edirlər. Bundan əlavə, hər bir vətəndaşa əvvəllər verilən 68000 dram (234 manat) yardım da verilmir. Evsiz, işsiz qalan ermənilər üçün bu vəsait çox kömək edirdi.

Sosial ədalətslik isə ondadır ki, Azərbaycan torpaqlarından qovulan ermənilər şikayət edirlər ki, onları evləri ziyan çəkməyən sakinlərlə bərabər tuturlar. Hətta gələnlər deyirlər ki, Xankəndi sakinləri yay istirahətini Dubay, Misir və Soçidə də keçirməyə müvəffəq olublar. Onları isə bütün bunlardan məhrum olunmuş vəziyyətə salınıblar.

Xatırladaq ki, Ermənistan hökuməti Qarabağ müharibəsindən zərər çəkənlər üçün 100 milyard dramlıq (350 min manat) proqram tərtib etsə də onu reallaşdıra bilməyib.

Kamran Seyidov
Milli.Az