Samir Şərifov “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM

6 Sentyabr 2021 17:07

Prezident İlham Əliyev S.R.Şərifovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov "Şöhrət" ordeni ilə təltif edilib.

Milli.Az