Özbəkistanda Özbək-Türk universitetinin qurulması planlaşdırılır

6 Sentyabr 2021 16:24

Özbəkistanda Özbək-Türk universitetinin qurulması planlaşdırılır. Bu haqda TurkicWorld-a Türkiyə Respublikası Ali Təhsil Şurasından (Yüksək Öyrətim Kurulu - YÖK) bildiriblər.

Milli.Az Turkic.world-a istinadən bildirir ki, hal-hazırda YÖK və Özbəkistan hökuməti arasında danışıqlar aparılır.
Qurumdan bildirilib ki, Özbək-Türk universitetinin qurulması ilə danışıqlar bu ilin sonuna qədər yekunlaşacaq. "Özbək-Türk universitetinin" 2022-2023 - cü təhsil ili üçün açılması nəzərdə tutulur" - deyə, YÖK-dən bildirilib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə 2020-ci ilin fevralında Ankarada görüşü zamanı iki ölkə arasındakı əlaqələrin inkişafının labüdlüyünü vurğulayıb.

Bu ilin iyun ayında Türkiyənin vitse-prezidenti Fuad Oqtayın Özbəkistana səfəri zamanı isə Daşkənd və Ankara arasında münasibətlər yenidən müzakirə olunub. Tərəflər 58 müxtəlif mövzuda o cümlədən, təhsil sahəsində razılaşma əldə ediblər.

Milli.Az