İranda ötən sutka ərzində 583 nəfər koronavirusdan (COVID-19) ölüb.
Milli.Az bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 111 257 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 27 579 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5 156 986 nəfərə çatıb.
Milli.Az