Azərbaycanda növbəti həftələrdən açıq məkanlarda maskadan istifadə məcburi olacaq?

6 Sentyabr 2021 13:51

Azərbaycanda növbəti həftələrdən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə məcburi olacaq.

Milli.Az bildirir ki, bu barədə Unikal.org-a özəl mənbədən məlumat daxil olub.

Qeyd edək ki, Azərbaycanda may ayının 31-də açıq məkanlarda maskadan istifadə tələbi ləğv edilib.

Milli.Az