Səbinə də Azərbaycandan köçdü

6 Sentyabr 2021 20:06

"Eurovision" təmsilçilərimizdən olan Səbinə Babayeva Azərbaycandan köçüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bir müddətdir Rusiyada yaşayır. Bu haqda Səbinə özü məlumat yayıb. O, Moskvada bir çox məkanda kondertlər verir.

Qeyd edək ki, S.Babayeva ötən ilin mayında rejissor həyat yoldaşı Cavidan Şərifovdan ayrıldığını açıqlamışdı. Cütlüyün bu nikahdan bir oğlu var.

Milli.Az