Müğənni Xəyyam Nisanov "partlayış"a hazırlaşır
3 May 2010 12:07
Müğənni Xəyyam Nisanov İsrailə yollanır. Mügənni İsraildə Heydər Əliyev adına parkın təməl qoyma mərasimində iştirak edəcək.
Milli.Az xəbər portalının məlumatına görə, İsraildə konsert proqramına dəvət alan muğənni Vətənə dönən kimi cari planlarını həyata keçirəcək.
Müğənni "Dəyirman" qrupu ilə yazdırdığı yeni mahnısına da klip çəkdirməyə hazırlaşır. "Bu mahnı "İstidir" mahnısının davamı olaraq, mənim repertuarımda hip-hop üslubunda olan növbəti hit olacaq" - deyə müğənni bildirib.
Mahnının bu yayın əsas hitlərindən olacağına inanan Xəyyam mahnının adını da açıqlayıb. "BOOM"! adlanan mahnının söz və musiqisi Murad Arifə aiddir. Mahnıda bir oğlanın bir qıza olan "partlayışlı sevgisi"ndən danışılır.
Xatırladaq ki, bu yaxınlarda Xəyyam Tünzalə Ağayeva ilə çox sevilən "Ürəyimsən" mahnısını ifa edib.
Görünür, Xəyyam üçün bu il "Duetlər ili"dir. Çünki, "Dəyirman"dan sonra növbəti duet rus estradasının xanım ulduzlarından biri ilə baş tutacaq. Həmin ulduzun adı hələ ki, açıqlanmır.
Günay
Milli.Az