Məşhur bəstəkar koronavirusdan vəfat etdi

6 Sentyabr 2021 16:26

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı Sunil Perera sentyabrın 6-da 68 yaşında dünyasını dəyişib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə musiqiçinin ailəsindən bildirilib.

S.Pereranın koronavirusdan öldüyü ehtimal olunur.

Qeyd edək ki, o, uzun illər "The Gypsies" qrupunda bəstəkar və ifaçı kimi çalışıb və Şri-Lanka üçün unudulmaz mahnılar yazıb.

S.Pereraya 1987-ci ildə yazdığı "Uncle Johnson" mahnısı məşhurluq qazandırıb.

Milli.Az