Rusiyada 6,2 ballıq zəlzələ olub

6 Sentyabr 2021 13:13

Rusiya Federasiyasının Tıva Respublikası və İrkutsk vilayəti ərazilərində zəlzələ olub.

Milli.Az report-a istinadən bildirir ki, zəlzələ Şərqi Sayan rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkan Rixter şkalası ilə 6,2 balla qiymətləndirilib.

Fəsadlarla bağlı məlumat yoxdur.

Milli.Az