Eyvazov bu rayona DYP rəisi təyin etdi

6 Sentyabr 2021 12:50

Polis kapitanı Dilşən Məmmədov Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, D.Məmmədov bu təyinatadək Siyəzən DYP-də çalışıb.

Milli.Az