Milli Məclisin deputatı İmamverdi İsmayılovun oğlu Hesablama Palatasında vəzifəyə təyin olunub.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, uzun müddətdir Hesablama Palatasında çalışan İbiş İbişzadə bu qurumda Protokol xidməti və təşkilati işlər sektorunun müdiri vəzifəsinə təyinat alıb.
Məlumata görə, İ.İbişzadə artıq 1 aya yaxındır bu vəzifədə çalışır.
Məsələni dəqiqləşdirmək üçün deputat İ.İsmayılovla əlaqə saxlamağa çalışsaq da, onunla danışa bilmədik.
Milli.Az