Ərzaq məhsulları ilə bağlı elektron portal yaradılacaq - VİDEO

6 Sentyabr 2021 13:26

Ərzaq mahsullarının dövlət şifarişilə satın alınmasında yenilik ediləcək. Prezident ilham əliyev bununla bağlı fərman imzalayıb. Yeni yaradılacaq portalın hansı üstünləkləri olacaq?

"Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı yaradılacaq. Portal elektron kənd təsərrüfatı informasiya sisteminin alt sistemi kimi fəaliyyət göstərəcək.

Kənd Təsərrüfatı nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Xəzər Xəbərə bildirdi ki, sifarişləri verən dövlət qurumları və onu icra edəcək sahibkarlıq subyektləri və fermerlər həmin alt sistemdən qeydiyyatdan keçəcəklər. Onun sözlərinə görə, dövlət sifarişi ilə ərzaqların satınalınması elektron müqavilə vasitəsi ilə həmin portaldan rəsmiləşdirilərək həyata keçiriləcək.

Vüqar Hüseynov qeyd etdi ki elektron forma təsdiqləndikdən sonra tam şəkildə ərzaq məhsullarının dövlət sifarişi ilə satınalınması portalına yerləşdiriləcək. Kağız üzərində imzalanan müqavilələrə də ehtiyac qalmayacaq.

Elektron portal  kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseslərini elektronlaşdırmaq və təkmilləşdirmək, bu sahədə həyata keçirilən işlərin səmərəliliyini və şəffaflığını artırmaq məqsədilə yaradılacaq. Yeni sistemin icrasına gələn il yanvarın 1-dən başlanacaq.

Milli.Az