Abşeronda 44 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub

6 Sentyabr 2021 11:08

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Mübahisə zəminində bıçaqlanan 1977-ci il təvəllüdlü Orucov Abdulla Cümşüd təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona bədənin müxtəlif nahiyələrində beş ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az