43 ildir davam edən müharibə: Əfqanıstanda supergüclərinin maraqları daim toqquşur - VİDEO

6 Sentyabr 2021 13:02

Vətəndaş müharibələri, terror aktları, humanitar böhran. mənfi çalarlı bu siyahını artırmaq olar. Əfqanıstan uzun illərdir ki, belə problemlərlə üz-üzədir. Dünyanın güc mərkəzlərinin maraqları bu ölkədə toqquşur. Nəticədə 43 ildir ki, Əfqanıstanda sabitlik yoxdur. Bəs görəsən Əfqanıstanı supergüclərin hədəfinə çevirən səbəblər nələrdir? 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ''İmperatorluqlar məzarlığı'' adlanan Əfqanıstanda dünyanın supergüclərinin maraqları daim toqquşur. Təxminən 40 ildən çox davam edən müharibələr nəticəsində ölkə xarabalığa çevrilib, dərin humanitar böhran hökm sürür, insanlar çox yoxsul şəraitdə yaşayırlar. İnsanlar müxtəlif terror qruplaşmalarının məskəsi olan ölkələrindən qaçaraq canlarını qurtarmağa çalışırlar. 

Mərkəzi Asiyada yerləşən, ərazisinin böyük hissəsi səhralıq olan bu ölkəni supergüclər üçün cəlbedici edən nədir ? Politoloq Anar Əliyevin sözlərinə görə Əfqanıstanın illərdir xaos içərisində olmasının başlıca səbəbi coğrafi mövqeyidir. Ölkə əsas ticarət yollarının üzərində yerləşdiyindən Əfqanıstanın başı həmişə bəlada olub.

Politoloq vurğulayıb ki, ikinci səbəb isə ölkənin malik olduğu təbii ehtiyatlardır. 

Bu səbəbdən iri şirkətlərə əfqanıstanın daim xaos içərisində olması sərf edir. Onlar bu fürsətdən yararlanıb rahatlıqla təbii sərvətləri istismar edirlər.

Anar Əliyev qeyd edib ki, böyük dövlətlər öz rəqiblərini daim Əfqanıstana çəkirlər. Bununla da, ölkə həmin rəqiblər üçün bataqlığa çevirilir və nəticədə milyardlarla dollar itirilir.

Bundan başqa Əfqanıstanın Rusiya, Çin, Hindistan və İran kimi böyük dövlətlərlə həmsərhəd olması da problemlər yaradır. Belə ki, adıçəkilən ölkələri sarsıtmaq istəyən qüvvələr məhz əfqanıstanda xaos yaratmaqla həmin ölkələrin sərhədlərini gərginlikdə saxlayırlar. Bundan əlavə Əfqanıstanda narkotikin xam maddəsi sayılan afyon bitkisi yetişir. Narkotik ticarətindən milyardlarla dollar gəlir əldə edən dövlətlər bundan da maksimum yararlanırlar. Ona görə də Əfqanıtsan daim üçüncü qüvvələrin döyüş poliqonunu xatırladır. Bu vəziyyətin hələ nə qədər davam edəcəyini proqnozlaşdırmaq asan deyil.

Milli.Az