Yataqxanada qətl

3 May 2010 11:49
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, 8-ci mikrorayon ərazisində, Mədəni-Maarif Texnikumunun yataqxanasında məskunlaşan Ağdam rayonundan məcburi köçkün 42 yaşlı Təranə Mustafayeva bıçaq xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətli törədən şəxs isə mərhumun qaynı 46 yaşlı Cəsarət Mustafayevdir. C.Mustafayev şübhəli şəxs qismində saxlanılaraq istintaq orqanına təhvil verilib.
Hadisə məişət münaqişəsi zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az