2450 illik mətbəx aşkar olunub

6 Sentyabr 2021 10:44

Türkiyənin Amasya vilayətində assuriyalılara aid edilən sarayın mətbəx bölümünün qalıqları aşkar olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təxminən 2450 il öncə inşa edilən sarayın giriş hissəsinin hələ 2012-ci ildə üzə çıxarıldığı qeyd edilib. Yeni tapılan mətbəxdə isə qoyun, keçi və müxtəlif quş növlərinə aid heyvanların sümüklərinə rast gəlinib.

Arxeoloji qazıntıların ilin sonunadək davam etdiriləcəyi bildirilib.

Milli.Az