Maks Ferstappen Niderland Qran Prisinin qalibidir

5 Sentyabr 2021 23:56

"Red Bull" komandasının Niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə Niderland Qran Prisinin qalibi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışlar ölkənin Zandvort şəhərində yerləşən avtodromunda keçirilib.

Qran Prini ikinci yerdə "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton, üçüncü yerdə isə L.Hemiltonun finlandiyalı komanda yoldaşı Valtteri Bottas başa vurub.

Bu Qran Pridəki qələbəsi sayəsində M.Ferstappen ümumi hesabda liderliyə qayıdıb. Onun aktivində 224,5 xal var. Ümumi hesabda ikinci yerdə 221,5 xalla L.Hemilton, üçüncü yerdə isə 123 xalla V.Bottas qərarlaşıb.

"Formula-1"in növbəti mərhələsi 10-12 sentyabr tarixlərində İtaliyanın "Montsa" avtodromunda baş tutacaq.

Milli.Az