Türkiyədə vaksinasiya yaşı 12-yə endirildi

5 Sentyabr 2021 22:19

Türkiyədə koronavirusla mübarizə proqramı çərçivəsində vaksinasiya prosesi sürətlə davam edir.

Artıq 12 yaşdan yuxarı uşaqlara COVID peyvəndi vurulmasına izacə verilib.

Bunun üçün uşaqların valideynləri və ya qəyyumlarının izni tələb olunur.

Azyaşlıların vaksinasiyası üçün onlayn randevu sisteminə müvafiq dəyişikliklər edilib.

Milli.Az