Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Həsənova Aytac Amil qızı xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az