Neymar artıq çəkidə olduğunu deyənlərə cavab verdi - FOTO

5 Sentyabr 2021 20:52

PSJ-nin futbolçusu Neymar onun artıq çəkidən əziyyət çəkdiyini iddia edən azarkeşlərə cavab verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçusu köynəksiz şəklini İnstaqram səhifəsində paylaşıb və başlıq kimi qısaca "Hmm" yazıb.

Qeyd edək ki, Neymar hazırda Braziliya millisinin düşərgəsindədir.

Milli.Az