Qvineyada hökumət buraxıldı, sərhədlər bağlandı - YENİLƏNİB - VİDEO

5 Sentyabr 2021 18:19

18:19

Qvineyada qiyamçıların lideri Mamadi Dumbuya hökumətin buraxıldığını, mövcud konstitusiyanın ləğv olunduğunu elan edib.

Milli.Az xəbər verir ki, bu barədə "Guinee News" məlumat yayıb.

Dumbuya video-müraciətində həmçinin bildirib ki, ölkənin bütün quru və hava sərhədləri də bağlanır.

Qeyd edək ki, Qvineya prezidenti Alfa Konde qiyamçılar tərəfindən saxlanılıb.

---------

17:15

Qvineyada dövlət çevrilişinə cəhd olub.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, çevrilişə cəhd daha əvvəl Fransanın əcnəbi legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuyanın başçılığı altında hərbçilər tərəfindən edilib. Paytaxt Konakridə Prezident Alfa Kondenin iqamətgahı yaxınlığında silah səsləri eşidilib. Kondeyə sadiq qüvvələr çevrilişə cəhd edən 25 hərbçini saxlayıb.

"Guinee News" portalı xəbər verir ki, hərbçilər Konakriyə gedən yolu bağlayıb.

Milli.Az