Britaniya hərbçiləri Kabildən qadın paltarında qaçıb

6 Sentyabr 2021 05:36

Britaniyanın SAS elit xüsusi təyinatlı dəstəsi Əfqanıstandan qadın paltarında qaçıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.

Bildirilib ki, Britaniya komandanlığı Əfqanıstanın cənubundakı SAS-ın 20 döyüşçüsünü nəqliyyatla təmin etməyib və onlar da Kabilə özbaşına gəlib çatıblar.

Məlumata görə, xüsusi təyinatlılar ləvazimatlarının çox hissəsini atıblar və blokpostlardan qadın paltarında keçiblər.

Milli.Az