"Bunun Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur" - Müdafiə Nazirliyi erməni yalanına cavab verdi

5 Sentyabr 2021 15:59

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır".

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildiriblər.

Müdafiə Nazirliyi bir daha bildirir ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur.

Milli.Az