Peyvənd olunmayanlara pensiya verilməyəcək? - Bankın qarşısındakı elan müzakirələrə səbəb oldu - FOTO

5 Sentyabr 2021 13:42

Sosial şəbəkələrdə Ağcabədidə ABB - Azərbaycan Beynəlxalq Bankının qarşısına vurulan elan müzakirələrə səbəb olub.

"COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq", - elanda qeyd olunub.

"Qafqazinfo" məsələ barədə ABB-yə sorğu ünvanlayıb.

Bankdan sorğumuza cavab olaraq bildirilib ki, belə bir tələb yoxdur:

"Bu təşəbbüs Bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər".

Milli.Az