Bu rayon Talibandan geri alındı

5 Sentyabr 2021 16:07

Pəncşir əyalətinin Pəryan rayonu taliblərdən tamamilə təmizlənib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Pəncşirdəki müqavimət qüvvələrinin nümayəndəsi Fəhim Dəşti deyib.

Onun sözlərinə görə, minə yaxın terrorçu mühasiyərə alınıb:

"Terrorçuların bəziləri məhv edilib, bəziləri də ya mühasirədədir, ya da döyüşçülərimiz tərəfindən ələ keçirilib. Ələ keçirilənlərin əksəriyyəti əcnəbilər, xüsusilə Pakistandan olanlardır", - Dəşti bildirib.

Qeyd edək ki, dünən Taliban nümayəndəsi Bilal Kərimi taliblərin Pəryan rayonunu ələ keçirdiklərini bildirmişdi.

Milli.Az