“Taliban” saqqalsız kişiləri sıralarına qəbul etməyəcəyini açıqladı

5 Sentyabr 2021 12:52

"Taliban"ın hərbi komissiyası hərəkatın sıralarına keçmiş hərbçilərin, polislərin və İŞİD terrorçuların qəbul edilməsini qadağan edib.

Həmçinin, saqqalı olmayan kişilərin də taliblərin sıralarına daxil ola bilməyəcəyi vurğulanıb.

Komissiyadan bildirilib ki, döyüşçülər günəş eynəkləri taxa və üzlərini bağlaya bilməz.

Milli.Az