Türkiyəyə aparılan Sayqa Cahidin son halı - VİDEO

5 Sentyabr 2021 12:37

Xəbər verdiyimiz kimi, səhhətində ciddi problem yaranan prodüser Sayqa Cahid müalicə üçün Türkiyəyə aparılıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni Sevda Əliqızı prodüseri xəstəxanada ziyarət edib. O bildirib ki, Sayqa özünü yaxşı hiss edir.

Qeyd edək ki, Sayqa Cahid Bakıda böyrəyindən əməliyyat olunub. Bildirilib ki, onun əməliyyatını uroloq-androloq Niyaməddin Əliyev və Qardaşxan Mamedov reallaşdırıb. Sayqa həkimlərin səhvi ucbatından səhhətinin pisləşdiyini söyləyib.

Milli.Az