Toy tarixləri bəlli oldu

5 Sentyabr 2021 11:22

Türkiyənin məşhur cütlüyü, aktrisa Vildan ilə müğənni Mehmet Erdem evlənir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bir müddətdir evlilik qərarı alan cütlüyün toy tarixi bəlli olub. Konsertin ardından açıqlama verən Mehmet yaxın günlərdə nikah masasına əyləşəcəklərini bildirib:

"Düzdür, nişanlandıq. Gələn həftə ailə arasına sadə bir toy mərasimi keçirəcəyik".

Cütlüyün toyunun sentyabrın 9-da lüks otellərdən birində olacağı öyrənilib.

Milli.Az